
Bəli 🔥HAZIR VƏ QAZANCLI BİZNES SATILIR! 🔥 ALYAMI PUB & BILLIARD Mehdiabad qəsəbəsinin tam mərkəzində, infrastrukturun ən sıx olduğu yerdə hazır, işlək və gündəlik gəliri olan obyekt satılır! 📌 Üstünlükləri və Lokasiya: • Ünvan: Mehdiabad qəsəbəsi, 2-ci savxoz, "Omar Atçılıq Mərkəzi"nin yaxınlığı (Xəzri marketlə üzbəüz). • Yerləşmə: Kəndin tam mərkəzində, gediş-gəlişli yerdədir. Yaxınlığında məktəb, avtobus dayanacağı və sıx fərdi yaşayış evləri mövcuddur (daimi müştəri potensialı yüksəkdir). 📐 Obyektin Göstəriciləri: • Sahə: 270 kv.m geniş və rahat ərazi. • Əlavə Potensial: Geniş teras (balkon) hissəsi var. Biz istifadə etməmişik, lakin yeni sahibi oranı da işlədib qazancını artıra bilər. 🛋 Təchizat və İnteryer: • Obyekt daxilindəki hər bir avadanlıq və əşya sıfırdan bizə məxsusdur və daxili tam doludur. • Gözəl, zövqlü görünüşə malikdir. • Divanlar, masalar, qab-qacaqlar, bokal dəstləri və fəaliyyət üçün lazım olan hər bir xırda detal qiymətə daxildir. • Qeyd: Obyektdəki 2 ədəd bilyard masası arendadır (günlük cəmi 20 AZN - biri 10 AZN). 💰 Maliyyə Şərtləri və Qiymət: • Arenda (İcarə haqqı): Yanvar ayına qədər cəmi 300 AZN (Yanvardan sonra cəmi 100-150 AZN arası artım olacaq ki, bu da bu ölçüdə mərkəzi obyekt üçün çox münasibdir). • SON QİYMƏT: 25.000 AZN. • Dürüst və real qiymət qoyulub. Süni şəkildə qiyməti şişirdib (30.000 yazıb sonra 25.000-ə düşmək kimi) bazar bazarlığı etmirəm. Şəxsi obyektimdir. ❌ Satılma səbəbi: Digər biznes fəaliyyətlərimlə bağlı vaxt azlığı və obyektdə şəxsən baş çəkib idarə edə bilməməyimdir. Alanada, satanada Allah xeyir versin! Real alıcılar əlaqə saxlaya bilər.
Status
Standart
Qiymət
25 000 ₼
Altun
Biznesler.az istifadəçisi
Vasitəçi yoxdur — birbaşa satıcı ilə danışın
Elanlar ilkin moderasiyadan keçir. Şübhəli məlumat gördükdə zəhmət olmasa bildirin.
Qiymət
25 000 ₼